60 yaşlı baş həkim amansızlıqla öldürüldü: 30 yaşlı sevgilisi saxlanıldı - FOTO
Bizi izləyin

MDB

60 yaşlı baş həkim amansızlıqla öldürüldü: 30 yaşlı sevgilisi saxlanıldı - FOTO

60 yaşlı baş həkim amansızlıqla öldürüldü: 30 yaşlı sevgilisi saxlanıldı - FOTO

Moskvada özəl klinikanın 60 yaşlı baş həkimi qətlə yetirilib. Qadının 30 yaşlı Almaniya vətəndaşı olan sevgilisi cinayətdə şübhəli bilinir.

Publika.az xəbər verir ki, bu barədə “Mash” "Telegram" kanalı məlumat yayıb.

Qadın bir neçə il ərzində Danyel K. adlı şəxslə münasibətdə olub. Kişi qadının oğlu ilə də yaxınlaşıb və onların evinə köçüb.

Hadisə günü cütlük arasında mübahisə yaranıb. İstintaqın versiyasına görə, şübhəli qadını pilləkəndən itələyib, başını ən azı dörd dəfə pilləkənlərə çırpıb, daha sonra isə paketlə boğaraq öldürüb.

Qadının meyitini 34 yaşlı oğlu aşkarlayıb. Cinayətdən sonra şübhəli qadına məxsus avtomobillə hadisə yerindən qaçıb. Lakin o, Kaluqa vilayətinin Maloyaroslavets şəhərində saxlanılıb.

“Mash”ın məlumatına görə, Danyel qətli törətdiyini etiraf edib və cinayətə bir həftədən çox müddət ərzində hazırlaşdığını bildirib.

Faktla bağlı paytaxtın İstintaq Komitəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Danyel Ukraynanın Nikolayev şəhərində doğulub. Daha sonra ailəsi ilə birlikdə Almaniyaya köçüb və bu ölkənin vətəndaşlığını alıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm