KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
Bizi izləyin

MDB

KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi

KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sammitində Ermənistanın təşkilatda səsvermə hüququndan və qurumun orqanlarında məsul vəzifələrə nümayəndə təyin etmək imkanından məhrum edilməsi barədə qərar qəbul olunub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, qərarın Ermənistanın bir neçə ildir KTMT qarşısındakı öhdəliklərini yerinə yetirməməsi səbəbindən təşkilatın nizamnaməsinə uyğun qəbul edildiyini bildirib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl Ermənistanın iki ildən artıqdır üzvlük haqlarını ödəmədiyini açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm