Bir karatı 1 milyon dollardan baha: nadir almaz tapıldı
Bizi izləyin

MDB

Bir karatı 1 milyon dollardan baha: nadir almaz tapıldı

Bir karatı 1 milyon dollardan baha: nadir almaz tapıldı

Rusiyanın “Alrosa” şirkətinin Yakutiyada hasil etdiyi 2,74 karatlıq nadir mavi almazın gələcək taleyi hələ müəyyənləşməyib. Daşın hərraca çıxarılıb-çıxarılmayacağı barədə qərar onun cilalanması başa çatdıqdan sonra veriləcək.

Publika.az xəbər verir ki, bu barədə “Alrosa Diamond Exclusive” şirkətinin baş gemoloqu Natalya Kruqlova bildirib. Onun sözlərinə görə, şirkət xam kristalın satılması əvəzinə onun cilalanaraq brilyanta çevrilməsinə qərar verib.

Moskva Dövlət Universitetinin Gemologiya Mərkəzinin rəhbəri Yuri Şelementyev isə bildirib ki, cilalanmadan sonra əldə ediləcək mavi brilyantın bir karatının qiyməti 1 milyon dolları ötə bilər. Yekun dəyər daşın çəkisindən və rənginin intensivliyindən asılı olacaq.

Qeyd edək ki, “Alrosa” Rusiyada ilk dəfə zərgərlik keyfiyyətinə malik mavi almaz hasil edildiyini açıqlayıb. Nadir kristal Yakutiyadakı Nakyin kimberlit yatağından çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm