MDB
Ermənistanın Rusiyadakı səfiri əşyalarını yığışdırır
Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan tezliklə vətənə qayıdacaq.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Ermənistan hakimiyyəti 2024-cü ilin avqustunda təyin olunmuş səfiri hələ yayda əvəz etmək qərarına gəlib. Lakin Ermənistanın Rusiyadakı diplomatik missiyasının yeni rəhbərinin təyinatı təxirə salındığı üçün Arsenyan hazırkı vəzifəsində fəaliyyətini davam etdirib.
Qəzet, Arsenyanın ətrafına istinadən bildirir ki, o, artıq əşyalarını yığışdırır. Nəşr bildirir ki, səfir hətta bahalı “Bentley” avtomobilini də Moskvaya köçürüb və indi hamısını Ermənistana qaytarmalıdır.
Nəşr qeyd edir ki, Ermənistan hakimiyyəti 2004-cü ildən 2010-cu ilə qədər Avropa ölkələrində səfir və respublikanın NATO-dakı nümayəndəsi vəzifələrində çalışmış 67 yaşlı Samvel Mkrtçyanı Moskvaya göndərmək qərarına gəlib. O, xarici işlər nazirinin müavini Robert Abisoqomonyanın dayısıdır.
Lakin məqalədə deyilir ki, Rusiya tərəfi onun təyinatına razılıq verilməsini gecikdirir.
Qeyd edək ki, noyabrın 1-də Rusiya Xarici İşlər Nazirliyi Ermənistan KİV-lərinin Rusiyanın Samvel Mkrtçyanın Ermənistanın Moskvadakı yeni səfiri vəzifəsinə namizədliyini təsdiqləməkdən imtina etməsi barədə məlumatlarını təkzib edib.
Müəllif: Tural
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər







.jpg)
.jpg)


























