Rusiyada əcnəbilərə qarşı sərt tədbirlər: Deportasiya sayı 3 dəfə artdı
Bizi izləyin

MDB

Rusiyada əcnəbilərə qarşı sərt tədbirlər: Deportasiya sayı 3 dəfə artdı

Rusiyada əcnəbilərə qarşı sərt tədbirlər: Deportasiya sayı 3 dəfə artdı

Rusiyada əcnəbi vətəndaşların ölkədən çıxarılması ilə bağlı qərarların sayı kəskin artıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının aparatı məlumat yayıb.

2026-cı ilin yanvar-sentyabr aylarında əcnəbilər barəsində 1,8 milyon inzibati xəta protokolu tərtib edilib. Həmin protokollar əsasında 143,1 min nəfərin ölkədən çıxarılması barədə qərar qəbul olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Bundan başqa, əcnəbilərin Rusiyada müvəqqəti qalma müddətinin azaldılması ilə bağlı qərarların sayı 2,5 dəfə artaraq 78,7 minə çatıb. Təxminən 4,8 min əcnəbi deportasiya edilib, 290,8 min nəfərə isə Rusiyaya giriş icazəsi verilməyib.

Məlumata görə, 2026-cı ilin ilk 9 ayında Rusiyaya ümumilikdə 6,9 milyon xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs daxil olub. Bu, 2025-ci ilin müvafiq dövründən 9 faiz azdır. Onların 4,7 milyonu, yaxud 68,7 faizi MDB ölkələrinin vətəndaşları olub.

Eyni zamanda, Rusiyada uzunmüddətli yaşamaq hüququ verən sənədlərin rəsmiləşdirilməsi də azalıb. Müvəqqəti yaşamaq üçün 19,5 min icazə verilib ki, bu da illik müqayisədə 17,1 faiz azdır. Yaşayış icazələrinin sayı isə 43 faiz azalaraq 58,5 min təşkil edib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm