Rusiyadan Ermənistana daha bir xəbərdarlıq: Bunu etsəniz, çox şey itirəcəksiniz!
Bizi izləyin

MDB

Rusiyadan Ermənistana daha bir xəbərdarlıq: Bunu etsəniz, çox şey itirəcəksiniz!

Rusiyadan Ermənistana daha bir xəbərdarlıq: Bunu etsəniz, çox şey itirəcəksiniz!

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq ehtimalına münasibət bildirib.

Publika.az xəbər verir ki, Matviyenko Vyetnamın paytaxtı Hanoyda jurnalistlərin suallarını cavablandırarkən Ermənistanın KTMT-yə qarşı irəli sürdüyü ittihamların əsassız olduğunu deyib.

Onun sözlərinə görə, İrəvan bu yolla Qarabağdakı vəziyyətə görə məsuliyyəti KTMT və Rusiyanın üzərinə qoymağa çalışır. Matviyenko bildirib ki, təşkilat həmin dövrdə öz nizamnaməsinin tələblərinə uyğun hərəkət edib.

Federasiya Şurasının sədri Ermənistanın təşkilatda qalmaq və ya çıxmaq qərarının özünə aid olduğunu vurğulayıb. Bununla belə, o qeyd edib ki, Ermənistan KTMT-dən çıxmaq qərarı versə, çox şey itirəcək.

Xatırladaq ki, bundan əvvəl KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə Ermənistanın təşkilatda səsvermə hüququnun məhdudlaşdırıldığı, həmçinin məsul vəzifələrə öz nümayəndələrini təyin etmək imkanından məhrum edildiyi bildirilib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm