Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
Bizi izləyin

MDB

Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO

Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO

Bu səhər Astanada, "Atlant-6" biznes sinif yaşayış kompleksinin yaxınlığında, yoldan keçənlər səkiyə səpələnmiş dollarlar aşkar ediblər.

Publika.az xəbər verir ki, onların qonşu binanın pəncərəsindən atılan səkkiz çamadandan töküldüyü bildirilir. Hadisə Milli Təhlükəsizlik Komitəsi və Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin birgə xüsusi əməliyyat keçirməsi və Qazaxıstanın ən böyük dövlət investisiya holdinq şirkəti olan “Samruk-Kazına” Milli Rifah Fondunun rəhbəri Nurlan Jakupov və Qazaxıstan Dəmir Yolları İdarə Heyətinin sədri Eljas Otınşiyevin korrupsiya və xüsusilə böyük miqyasda rüşvətxorluğa cəhd şübhəsi ilə həbs olunması ilə üst-üstə düşüb.

Media həmçinin bu milli şirkətlərin daha üç top menecerinin saxlanılmasının mümkünlüyünü də qeyd edib.

Jurnalistlərin və şahidlərin sözlərinə görə, istintaq zamanı binanın pəncərəsindən içərisində nağd pul olan çamadanlar atılıb. “Atlant” yaşayış kompleksinin yaxınlığında atılan nağd pul olan çamadanlarla saxlanılanlar arasında əlaqə hələ rəsmi olaraq təsdiqlənməyib, lakin bütün çamadanlar istintaq qrupu tərəfindən yoxlama üçün götürülüb.

Hadisə yerində təcili yardım xidmətləri, polis əməkdaşları və digər qurumlar işləyir.

Eljas Otınşiyev 2026-cı ilin iyul ayında "Qazaxıstan Dəmir Yolu"nun rəhbəri təyin edilib. O, hazırda məhkəməyəqədər həbsdədir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm