Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
Bizi izləyin

MDB

Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi

Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair öhdəliyin sənədlə rəsmiləşdirilməsinin zəruriliyini bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə "Birinci Kanal"a açıqlamasında danışıb.

Onun sözlərinə görə, Rusiyaya əvvəllər də belə vədlər verilib.

“Bundan sonra NATO beş-altı dəfə şərqə doğru genişlənib. Buna görə də, əlbəttə, bizim üçün bu qədər vacib olan belə bəyanatların arxasında NATO-nun genişlənməməsinin, yəqin ki, müvafiq sənədlə rəsmiləşdirilməsi istiqamətində konkret addımlar dayanmalıdır”, - deyə o bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm