Rusiyada Putinə etimad səviyyəsi açıqlandı
Bizi izləyin

MDB

Rusiyada Putinə etimad səviyyəsi açıqlandı

Rusiyada Putinə etimad səviyyəsi açıqlandı

Rusiyalıların 73 faizi Rusiya prezidenti Vladimir Putinə etimad göstərir.

Publika.az xəbər verir ki, bu barədə “İctimai Rəy” Fondunun keçirdiyi sorğunun nəticələrində bildirilib.

Noyabrın 6-dan 8-dək Rusiyanın 51 regionunda 1500 nəfər arasında keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 73 faizi Putinə etibar etdiyini qeyd edib.

Sorğu iştirakçılarının 49 faizi hökumətin fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin 54 faizi isə Baş nazir Mixail Mişustinin vəzifəsinin öhdəsindən yaxşı gəldiyini düşünür.

Siyasi partiyalar arasında ən yüksək dəstək 35 faizlə “Vahid Rusiya”ya məxsusdur. Rusiya Kommunist Partiyası və Liberal Demokrat Partiyasının hər biri 12 faiz, “Yeni insanlar” partiyası 8 faiz, “Ədalətli Rusiya” isə 3 faiz dəstək qazanıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm