Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
Bizi izləyin

MDB

Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır

Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır

Moskvanın cənubundakı Çertanovo rayonunda, Kirovoqradskaya küçəsində qara rəngli "Toyota" markalı avtomobil partlayıb.

Publika.az xəbər verir ki, partlayış nəticəsində avtomobilin sürücüsü xəsarət alıb.

Hadisə yerində təcili yardım xidmətləri işləyir. “Mash”-ın məlumatına görə, nəqliyyat vasitəsinin sürücü tərəfinə bərkidilmiş əldəqayırma partlayıcı qurğu (PQM) partlayıb.

Partlayıcı qurğu uzaqdan idarə edilib. Partlayış avtomobilin həyətdən çıxıb təxminən 200 metr məsafə qət etməsindən bir neçə dəqiqə sonra baş verib.

Hadisə nəticəsində Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun keçmiş mətbuat katibi, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin yaxın adamı olan 72 yaşlı jurnalist Sergey Zavorotnının xəsarət aldığı bildirilib. O, hazırda Primorski Dövlət Aqrar və Texnologiya Universitetinin (PSTU) informasiya texnologiyaları mərkəzinin direktoru vəzifəsində çalışır.

Zavorotnı "Yanukoviç təslim oldu. Dövlət Departamenti qəbul edir. Rusiya Ukraynanı necə itirdi" (2018) kitabının müəllifidir . Partlayışdan sonra zərərçəkən xəstəxanaya aparılıb. Ona sinə və kürək nahiyəsindən qəlpə yaraları, həmçinin ağır ayaq xəsarətləri diaqnozu qoyulub. Yenilənmiş məlumata görə, Zavorotnının sol qolunun bir hissəsi kəsilib. Xəstənin vəziyyəti ağırdır.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm