MDB
Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatıy qadağan olunmuş müharibə vasitə və metodlarından istifadə etməkdə ittiham olunur. Bu səbəbdən ona qarşı qiyabi ittiham irəli sürülüb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Nəşr ittihamla bağlı xüsusi sənədlərə istinad edib. Qeyd edilib ki, Rusiya məhkəməsi artıq onun qiyabi həbsinə qərar verib.
İttiham Rusiya Cinayət Məcəlləsinin 356-cı maddəsinin 1-ci bəndi ilə bağlıdır. Bu maddə ilə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Nəşr onu da yazıb ki, Drapatının qiyabi həbsi barədə qərar bu ilin oktyabr ayında verilib.
Qeyd edək ki, Drapatıy 2026-cı ilin iyulun 21-dən Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsini tutur. O, bu vəzifədə Prezident Volodimir Zelenskinin qərarı ilə Aleksandr Sırskini əvəz edib. Yayda onun adı Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında axtarışa verilənlər siyahısına salındı. Lakin Mixailin işi üzrə heç bir konkret maddə qeyd olunmamışdı.
Məllif: Tural
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
MDB09:53Paşinyan gələn ay Rusiyaya üç dəfə səfər edəcək
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər

















.jpg)




.png)











