Paşinyan gələn ay Rusiyaya üç dəfə səfər edəcək
Bizi izləyin

MDB

Paşinyan gələn ay Rusiyaya üç dəfə səfər edəcək

Paşinyan gələn ay Rusiyaya üç dəfə səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya üç işgüzar səfər etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə siyasətçi Dublin Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda çıxışı zamanı bildirib.

"Dekabr ayında Rusiyada üç dəfə olacağam. Bu ölkəyə üç dəfə gedəcəm: 3 dekabr, 11 dekabr və 22 dekabrda danışıqlar üçün Rusiyaya səfər edəcəyəm...", - deyə Paşinyan bildirib.

O, ümid etdiyini bildirib ki, İrəvan-Moskva münasibətlərində dostluq atmosferi qorunub saxlanılacaq.

Xatırladaq ki, noyabrın əvvəlində Ermənistanın Baş naziri ölkəsinin Avrasiya İqtisadi İttifaqından çıxmaq niyyətində olmadığını bildirmişdi. Bununla belə siyasətçi 2027-2028-ci illərdə Avropa İttifaqına üzvlük üçün müraciət etməyi planlaşdırdığını açıqlayıb. Ermənistanın hakimiyyət orqanları artıq referendum keçirmək üçün lazım olan prosedurlara hazırlıqlara başlayıb.

Məllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm