Keçmiş nazirə qiyabi həbs cəzası kəsildi
Bizi izləyin

MDB

Keçmiş nazirə qiyabi həbs cəzası kəsildi

Keçmiş nazirə qiyabi həbs cəzası kəsildi

Moskva məhkəməsi Ukraynanın keçmiş müdafiə naziri Oleksiy Reznikovu qiyabi olaraq həbs edib. O, Ukraynanın Donbas bölgəsindəki əməliyyatlarda iştirak etməkdə ittiham olunur.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Nəşr əldə etdiyi materiallara istinad edib.

Bundan əvvəl isə Rusiya İstintaq Komitəsindən agentliyə diqqət çəkən açıqlamalar verilmişdi. Bildirilib ki, İstintaq Komitəsi keçmiş nazirin Donbas bölgəsində mülki əhaliyə qarşı qəddar rəftarla bağlı açılan cinayət işində iştirakını müəyyən edib. Müstəntiqlərin sözlərinə görə, o, 2021-2023-cü illər arasında tabeliyində olanlara cinayət əmrləri və göstərişlər verib və bununla da Donbas bölgəsində cəza tipli hərbi əməliyyatlarının aparılmasına imkan yaradıb. Reznikov beynəlxalq axtarışa verilib.

Materiallarda o da göstərilib ki, Reznikov qadağan olunmuş müharibə vasitələrindən və metodlarından istifadə etməkdə ittiham olunur (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 356-cı maddəsinin 1-ci bəndi-red.). Reznikov bu ilin oktyabr ayında qiyabi məhkum edilib. O,saxlanılacağı təqdirdə 20 ilə qədər həbs cəzası çəkəcək.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm