Putin onu əfv etdi - FOTO
Bizi izləyin

MDB

Putin onu əfv etdi - FOTO

Putin onu əfv etdi - FOTO

Rusiya Prezidenti Vladimir Putin "Lerçek" kimi tanınan məşhur bloger Valeriya Çekalinanın əfv edilməsi haqqında fərman imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya liderinin fərmanı ilə bloger 31 iyul 2026-cı ildə Moskvanın Qaqarinski Rayon Məhkəməsi tərəfindən təyin edilmiş cəzadan azad edilib və onun üzərindən məhkumluq da götürüləcək.

Fərmanda həmçinin qərarın humanitar prinsiplərə əsaslanaraq qəbul edildiyi bildirilir. Fərman imzalandığı gündən qüvvəyə minib.

Xatırladaq ki, Çekalina qanunsuz valyuta əməliyyatları işi üzrə ittiham olunub. Ona 2026-cı ilin yazında metastazlarla müşayiət olunan dördüncü mərhələ mədə xərçəngi diaqnozu qoyulmuşdu. Blogerin xəstəliyi dördüncü uşağının dünyaya gəlməsindən qısa müddət sonra üzə çıxıb. Cinayət işi məhz ağır xəstəlik səbəbindən mart ayında dayandırıldı və blogerə ev dustaqlığı verildi. Ona müəyyən fəaliyyətlərlə bağlı qadağa qoyulmuşdu. Lakin yayda bir neçə kimyaterapiya kursundan sonra məhkəmə prosesi yenidən başladı. 31 iyulda Moskvanın Qaqarinski Məhkəməsi Lerçeki beş il şərti azadlıqdan məhrum etmə və təxminən 763 milyon rubl cərimə cəzasına məhkum etdi. Bloger qərardan apelyasiya şikayəti versə də, 5 noyabrda Moskva Şəhər Məhkəməsi hökmü tam şəkildə qüvvədə saxladı.

Lerçek qanunsuz valyuta əməliyyatları işi üzrə hökmün qüvvəyə minməsindən sonra Rusiya prezidenti Vladimir Putinə əfv üçün müraciət etmişdi.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm