MDB
Cəbhədə qeyri-adi hadisə: Dronu budaqla vurdu
Ukraynada gərgin döyüşlər davam edir.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu günlərdə cəbhə bölgəsində maraqlı hadisə baş verib. Belə ki, Sumı bölgəsində bir rus əsgəri Ukraynaya məxsus dronu atəş açmadan zərəsizləşdirib.
Əsgərin qəhrəmanlığı haqqında danışan "Şimal" Qüvvələri Qrupunun PUA üzrə tağım komandiri, "Optimist" ləqəbli döyüşçü deyib: "Vesyolıy" çağırış nişanlı əsgər Ukraynaya məxsus dronun onun yanından keçdiyini görüb şam ağacının budağı ilə onu vura bilib".
Tağım komandirinin sözlərinə görə, Rusiya əsgəri Ukrayna dronunu idarə edən operatorun onu görmədiyini anlayıb. O, bu səbəbdən sursatına qənaət edib və əlinin altında olan budaqla drona hücum edib. Əsgər sadəcə budağı dronun pərvanələrinin üzərinə atıb. Komandir qeyd edib ki, bundan sonra düşmənə məxsus dron iynəyarpaqlı ağacın budağına dolaşaraq yerə düşüb və daha sonra zərərsizləşdirilib.
Müəllif: Tural
-
MDB09:39Cəbhədə qeyri-adi hadisə: Dronu budaqla vurdu
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
ABŞ09:19ABŞ-da dəhşət: Yük və sərnişin təyyarələri toqquşdu - VİDEO
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı
-
İdman07:30“Qalatasaray” onun transferi üçün yenidən hərəkətə keçir
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı


















.png)














