Rusiya ordusu: Lokomotivləri məhv etdik
Bizi izləyin

MDB

Rusiya ordusu: Lokomotivləri məhv etdik

Rusiya ordusu: Lokomotivləri məhv etdik

Ukraynada gərgin döyüşlər davam edir.

Publika.az xəbər verir ki, Rusiya ordusu bu dəfə qatarları hədəf alıb. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk dəmir yolu stansiyası yaxınlığında iki lokomotivə zərbə endirib.

Nazirliyin məlumatında qeyd edilib ki, lokomotivlər Ukrayna ordusu tərəfindən hərbi təchizat məqsədilə istifadə olunurmuş.

Xatırladaq ki, dünən də Rusiya ordusu Zaporojye bölgəsində dəmir yolu infrastrukturuna hücum etmişdi. Müdafiə Nazirliyi Rusiya qüvvələrinin Matveyevka dəmir yolu stansiyası yaxınlığında Ukrayna ordusu üçün təchizat daşıyan iki lokomotivə zərbə endirdiyini açıqlayıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm