MDB
Rusiya hava limanında həyəcanlı anlar: Sərnişin təyyarəni qaçırmaq istədi
Rusiyada maraqlı cinayət hadisəsi baş verib.
Publika.az "112" Teleqram kanalına istinadən xəbər verir ki, Volqoqrad hava limanında sərnişinlərdən biri Moskvaya uçmağa hazırlaşan "Airbus A320" təyyarəsini ələ keçirəcəyini deyib.
Hadisə "Şeremetyevo" hava limanına yola düşməli olan təyyarənin göyərtəsində baş verib. Sərnişinlərdən biri təyyarəni qaçıracağını bildirib. Xuliqanlıq edən şəxs zərərsizləşdirilib. Onun hadisə zamanı sərxoş vəziyyətdə olduğu müəyyənləşib. Sərnişin 42 yaşlı Qazaxıstan əsilli olub və hələlik adı açıqlanmır.
"Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Onun əvvəllər oğurluq və şəxsi ölümlə hədələmə maddələri ilə məhkum olunduğu üzə çıxıb. Kinoloqlar xidməti itlərlə təyyarəyə və baqaja baxış keçiriblər. Partlayıcı maddə aşkarlanmayıb. Göyərtəsində 150 sərnişinin olduğu reys iki saat gecikmə ilə yola salınıb", - məlumatda yazılıb.
Müəllif: Tural
-
MDB11:17Rusiya ordusu: Lokomotivləri məhv etdik
-
Avropa10:41Makrondan NATO və atəşkəs mesajı: "Daha irəli getmək lazımdır"
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı
-
İdman07:30“Qalatasaray” onun transferi üçün yenidən hərəkətə keçir




















.png)















