“Səni axtarıram”ın rejissorunun xatirə günüdür
Bizi izləyin

Mədəniyyət

“Səni axtarıram”ın rejissorunun xatirə günüdür

Bu gün tanınmış rejissor Tariyel Vəliyevin xatirə gününüdür.

Publika.az xəbər verir ki, Tariyel Vəliyev 24 fevral 1944-cü ildə İmişli rayonunda anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində radio rejissoru vəzifəsində işə başlayıb. 1972-ci ildən televiziya rejissoru kimi fəaliyyətini davam etdirib. Bu illər ərzində o, bir sıra televiziya tamaşalarının, dövlət tədbirlərinin, bayram proqramlarının quruluşçu rejissoru olub. Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının, Aslan Qəhrəmanovun “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” teleserialının quruluşçu rejissorudur.

Rejissor bir-birinin ardınca İsi Məlikzadənin “Qaranquş yuvası”, Seyid Hüseynin “Məhəbbət macərası”, Əzizə Əhmədovanın “Pəncərədə işıq”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, Mar Bayciyevin “Duel”, Anarın “Ötən ilin son gecəsi”, “Evləri köndələn yar” teletamaşalarını çəkib.

Tariyel Vəliyev 24 aprel 2012-ci ildə dünyasını dəyişib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm