Oğul itkisinə dözməyib dünyadan köçən aktyor
Bizi izləyin

Mədəniyyət

Oğul itkisinə dözməyib dünyadan köçən aktyor

“Çal aşıq, çal, komsomolun canı it canıdır…”

Milli kinomuzun incilərindən sayılan “Yeddi oğul istərəm” filmində Gəray bəyin dilindən səslənən bu məşhur ifadəni təsadüfən xatırlamadıq.

Bu gün xalq artisti, Azərbaycan kinosunda misilsiz xidmətləri olan görkəmli aktyor HəsənağaTurabovun doğum günüdür.

Publika.az xəbər verir ki, aktyor 1938-ci ildə Bakıda anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azdramada aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb.

1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.

H.Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. “Yeddi oğul istərəm” filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır.

Onun digər bir yaddaqalan rolu Babək filmində yaratdığı Afşin roludur. Həsən Turabovun çəkildiyi bütün filmlər milli kinomuzun ən gözəl inciləridir.

Aktyor bəlkə də çox yaşayacaqdı, amma oğlunun vaxtsız və faciəli ölümü onun dünyasını qaraya boyadı. Dərdini içində çəkdi. Bir gün bu dərd onu son mənzilə apardı və 2003-cü ildə bu dünyaya gölərini əbədi yumdu.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm