“Bu halda, Rusiya ilə müharibə qaçılmaz olacaq” – İKİ VARİANT
Bizi izləyin

Yaxın Şərq

“Bu halda, Rusiya ilə müharibə qaçılmaz olacaq” – İKİ VARİANT

“Amerika hərbçiləri Rusiya ilə açıq qarşıdurmanı istəmirlər. Bu, Suriyaya zərbə halında mümkündür”.

Publika.az xəbər verir ki, bu haqda “Los Anceles Tayms” qəzeti yazıb.

Xəbərə görə, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Duma şəhərində kimyəvi silahın güman edilən tətbiqinə cavab olaraq hərbi güc tətbiqinin bir neçə variantına baxır. Amma Pentaqon zərbələr zamanı Rusiya hərbiçilərinin həlak ola biləcəyi ssenarilərdən qaçmaq istəyir.

ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyasında Suriya məsələsi üzrə işləyən Pentaqonun keçmiş məmuru Derek Çollet hesab edir ki, variantlardan biri Suriya hərbçilərinin infrastrukturuna zərbədir. Bu variantın tətbiqi halında, Rusiya hərbçilərinə xəbərdarlıq olunarsa, qarşıdurmadan qaçmaq mümkün olar.

Qəzetin həmsöhbəti əlavə edib ki, ABŞ prezidenti Donald Tramp həm qanadlı raketlər, həm bombardmançılar, həm də başqa hərbi aviasiya ilə zərbələrin endirilməsi variantına üstünlük verərsə, Moskva ilə potensial toqquşma ehtimalı yalnız artacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm