• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

Dünya gücləri müharibə meydanında – Hər an ilk zərbə ENDİRİLƏ BİLƏR

Dünya gücləri müharibə meydanında – Hər an ilk zərbə ENDİRİLƏ BİLƏR

Suriya ətrafında vəziyyət hər keçən gün gərginləşir.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın müharibə elanından sonra Virciniya ştatındakı Narfolk dəniz bazasını tərk edən döyüş gəmiləri Aralıq dənizinə doğru hərəkət etməyə başlayıb.

ABŞ-ın Aralıq dənizinə göndərdiyi hərbi donanma qrupuna “USS Harry Truman” və digər döyüş gəmiləri daxildir.

Bundan başqa, Almaniyanın “FGS Hessen” döyüş gəmisi də Aralıq dənizinə doğru hərəkət edəcək.

“Teleqraf” qəzeti isə yazıb ki, Böyük Britaniyanın Baş naziri Tereza Mey sualtı qayıqların Suriya sahillərinə göndərilməsi haqqında qərar qəbul edib. Baş nazirin Suriya məsələsini müzakirə etmək üçün təcili olaraq Nazirlər Kabinetinin iclasını çağırıb.

Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp Rusiyanı Suriya üzrə raket zərbələrinə hazırlaşmağa çağırıb.

“Rusiya Suriyaya atılan istənilən raketləri vurmağa söz verir. Hazırlaş, Rusiya! Çünki, onlar gələcəklər”, - Tramp qeyd edib.

O həmçinin bildirib ki, Rusiya öz insanlarını öldürən və bundan zövq alan “heyvan”la (Bəşər Əsədi nəzərdə tutur – red.) ortaq olmamalıdır.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR