“Əmi”yə 15 il əvvəl verilən MƏKTUBUN SİRRİ və monqol xatırlatması - Eyni FİLM və SSENARİ
Bizi izləyin

Yaxın Şərq

“Əmi”yə 15 il əvvəl verilən MƏKTUBUN SİRRİ və monqol xatırlatması - Eyni FİLM və SSENARİ

Suriya son bir neçə ildir ki, beynəlxalq güclərin toqquşduğu əsas məkana çevrilib. Son bir neçə gündə isə Suriya ərtafında vəziyyət daha da pisləşib. Bəşər Əsəd rejimini Duma şəhərində kimyəvi silah tətbiqində ittiham edən ABŞ, o cümlədən Böyük Britaniya (baş nazir Tereza Mey artıq parlamentdən Suriyada hərbi güc tətbiqi barədə səlahiyyət alıb –red.) və Fransa hər an Suriyanı bombardman etməyə hazırdır.

Dəməşq və onun müttəfiqləri – Rusiya ilə İran iddiaların provakasiyadan başqa bir şeyin olmadığını bildirirlər. Hətta Moskvanın rəsmi açıqlamasına görə, ortaya kimyəvi silahdan istifadəni göstərən heç nə, o cümlədən nə bir ölü, nə də xəstəxanada kimyəvi zəhərlənməyə görə müalicə alan pasiyent yoxdur. Sonuncular israrla Suriya ordusunun əlində kimyəvi silahın olmadığını bildirirlər.

Amma ABŞ və onun müttəfiqləri Bəşər Əsədi, dolayısıla İran və Rusiyanı cəzalandırmaq niyyətindədir.

Publika.az xəbər verir ki, Suriya ətrafında cəbhələşmənin dərinləşdiyi bir vaxtda Türkiyənin “Aydınlıq” qəzetinin yazarı İsmət Özçelik 2003-cü il İraqa müdaxilə öncəsi vəziyyəti xatırladıb.

“İraq 2003” və “Suriya 2018” filmləri eyni filmdir” adlı yazıda 2003-cü ilin yanvarında - ABŞ-ın kimyəvi silah bəhanəsi ilə İraqa hücumundan qısa müddət əvvəl (İraqa müdaxilə mart ayında olub –red.) baş verən bir hadisəni xatırladıb.

“Türkiyədən qalxan xüsusi bir təyyarə ilə Bağdadın hava limanına endik. Təyyarədə dönəmin dövlət naziri Gürşad Tüzmen, 47 jurnalist və çoxlu sayda iş adamı var idi. dı. Tüzmen İraq lideri Səddam Hüseynlə görüşəcəkdi. Amma gedərkən bu elan edilməmişdi”, - yazar qeyd edib.

“Əmi”yə məktub

Səddamla görüşün harada, nə vaxt və necə keçiriləcəyi məlum deyildir. Tüzmen çantasında Türkiyənin Səddama məktubunu daşıyırdı. Məktub hazırda Qüdsdə səfir olan Gürcan Türkoğlu tərəfindən qələmə alınmış və ən üst rəhbərlik səviyyəsində düzəlişlər edilmişdi.

Yazarın sözlərinə görə, Tüzmen keçirdiyi görüşlərdə təxminən 800 milyon dollarlıq razılaşmalar imzalamışdı:

“Bütün dünya görüşləri izləyirdi. Bəzi görüşlərdə jurnalistlərin sayı yüzə çatırdı. Türkiyə rəsmi nümayəndə heyəti olaraq çox diqqətli idik. Səddamın kod adı bizim aramızda “əmi" idi. Səddamın adı xüsusi görüşlərdə heç vaxt istifadə edilmirdi. Səfərin son günü xəbər verildi. O gün “əmi” ilə görüş olmalı idi. Görüşün yeri və vaxtı sirr idi. Eyni saatlarda Tüzmen baş nazir müavini və maliyyə naziri ilə görüşürdü. Jurnalistləri çaşdırmaq lazım idi. Media müşaviri olaraq bu vəzifə mənə düşürdü. Jurnalistləri avtobuslara mindirərək Maliyyə Nazirliyinə gətirdim. Biz orada gözlədiyimiz vaxt Tüzmen oteli tərk etdi. Bir neçə yer və avtomobil dəyişdirdikdən sonra Səddamla görüşdü. Təhlükə keçəndən sonra bir səlahiyyətli məlumat verdi. Jurnalistləri otelə geri gətirdim. Jurnalistlər bir şeylərin baş verdiyini anlamışdılar. Tüzmenin Səddamla görüşməyə getdiyini deməyə məcbur oldum. Görüş 2 saat 20 dəqiqə davam etmişdi. Nələrin danışıldığını jurnalistlərlə danışmaq vəzifəsi də mənim üzərimə düşürdü. Tüzmenin Səddama məktubunda bəzi təkliflər var idi. İraqın monqol istilasında yaşadığı vəziyyətə düşməmək üçün Səddamdan bir neçə addım atılması istənilirdi. ABŞ saxta bir hesabata istinad edərək kimyəvi silahdan başqa bir şey demirdi. Tuzmen Səddamdan əlində kimyəvi silah varsa, onların BMT səlahiyyətlilərinə təhvil verilməsini və böhranı aradan qaldırılmasını istəmişdi”.

İsmət Özçelik qeyd edib ki, Səddam Tüzmenə “İraqda heç bir kimyəvi silah yoxdur. Bunu ən yaxşı ABŞ bilir. Bunların hamısı bəhanələrdir. ABŞ qərara gəlib, İraqa hücum edəcək” söyləmişdi.

Yenə eyni ssenari

Müəllifin sözlərinə görə, ABŞ Suriyada cətin vəziyyətə düşdüyü üçün növbəti dəfə “kimyəvi hücum” yalanına bürünüb:

“Bəyanatlar mənə 15 il əvvəl yaşadıqlarımı xatırlatdı. ABŞ yenə eyni oyunu səhnəyə qoyub. ABŞ “Əsəd kimyəvi silahdan istifadə” etdi deyərək dünyanı ayağa qaldırmağa çalışır. Bölgəyə döyüş gəmiləri göndərilib. Tramp tvitter mesajları ilə prosesi idarə etməyə cəhd edir. Baş verənlər barədə ehtiyatda olan generallar, xarici siyasət mütəxəssisləri və diplomatlardan soruşdum. Hamı “Əsəd bir-birinin ardınca qələbələr qazanır. Şərq Quta terrorçulardan təmizləndi. Suriya hökuməti və ordusu xalq qarşısında etibar qazandı. Xalqın dəstəyi tamdır. Dünya indi Əsədin hakimiyyətdə qalacağını görməyə başlayıb. Hər ölkə bunu nəzərə alaraq hesablamalar aparır. Bu şərtlərdə, Əsəd kimyəvi silahdan istifadə edəcək qədər axmaq ola bilərmi” dedilər.

İsmət Özçelik hesab edir ki, bunun MKİ və MOSSAD-ın gizli əməliyyatı olduğu çox açıqdır: “ABŞ kimyəvi silah yalanına kimsənin inanmayacağını bilir. Amma bölgədə güc itirir və güc nümayişi ilə bunun qarşısını almağa çalışır. Daha öncə də vurğuladım ki, ABŞ məğlubiyyəti qəbul etməyəcək və bir “dəlilik dövrü”nə girəcək. ABŞ dəliliyinə isə cavab sərt olacaq. Bu əlamətlər görünür. Region ölkələri hər vəziyyətə hazırdırlar. Amerika xalqının da bu dəliliyə nə deyəcəyi başqa bir mövzudur. “Vyetnam sindromu” “Yaxın Şərq sindromu” ilə əvəzlənəcək. İndi dünya köhnə dünya deyil!”

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm