Pentaqon: Suriyaya endirilən hava zərbələri başa çatdı
Bizi izləyin

Yaxın Şərq

Pentaqon: Suriyaya endirilən hava zərbələri başa çatdı

ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələri Suriyadakı hədəflərə zərbələr endiriblər.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu cümə günü axşam Pentaqonda keçirilən brifinqdə Birləşmiş Ştatların Qərargah Rəisləri Komitəsinin sədri general Jozef Danford deyib.

"ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələri bundan sonra kimyəvi silah tətbiqinə yol verməmək üçün Suriyadakı hədəflərə zərbələr endiriblər. Bizim qüvvələr planlaşdırma və icra mərhələsinə inteqrasiya olunmuşdular. Zərbələrin endirildiyi hədəflər Suriya rejiminin bilavasitə kimyəvi proqramları ilə əlaqəlidir. Biz hədəfləri mülki əhali üçün risklərin minimuma endirilməsi nəzərə alınaraq seçmişik", - deyə o bildirib.

Danfordun sözlərinə görə, ilk hədəf Dəməşq ərazisində yerləşən elmi-tədqiqat mərkəzi olub. Hazırda Suriyada aviazərbə dalğası başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm