Kimlər ABŞ-ı dəstəkləyir? - Təklənən Rusiyanı ŞOKA SALAN MƏNZƏRƏ
Bizi izləyin

Yaxın Şərq

Kimlər ABŞ-ı dəstəkləyir? - Təklənən Rusiyanı ŞOKA SALAN MƏNZƏRƏ

Bu gün gecə saatlarında ABŞ, İngiltərə və Fransanın Suriya rejiminə aid obyektləri bombalaması dünyanın gündəmində şok effekti yaratdı. Bombardmanın anonsu əslində günlər əvvəl verilmişdi və ABŞ Suriyaya müdaxiləyə haqq qazandırmaq üçün ətrafında koalisiya formalaşdırırdı. Əksər Qərb ölkələri Suriya ordusunun aprelin 7-də Duma şəhərində kimyəvi silah tətbiqinə görə cəzalandırılmalı olduğunu bildirisələr də, bəziləri əks fikirdə idilər.

Suriyanın bombardmanına qəti şəkildə qarşı çıxan ölkələrin sayı isə çox az oldu. Rusiya və İran bu siyahıdadır. Çin Rusiya ilə birlikdə Suriya hakimiyyətini dəstəkləyən ölkələrdən olsa da, BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Suriya ilə bağlı təklifinə veto qoymadı, bitərəf qaldı. Astana formatında İran və Rusiyanın müttəfiqi olan Türkiyə isə Suriyanın vurulmasını məmnuniyyətlə qarşıladı.

Publika.az “BBC Türkçə”yə istinadən Suriyaya müdaxilə ilə bağlı müxtəlif ölkələrin münasibətini təqdim edir:

ABŞ: ABŞ prezidenti Donald Tramp Duma şəhərində kimyəvi silahdan istifadəyə görə Bəşər Əsədə sərt cavab veriləcəyini bildirmişdi. Hətta buna qarşı çıxan Rusiyanı raket zərbələrinə hazırlaşmağa və öz xalqını öldürən Bəşər Əsədlə əməkdaşlığa son qoymağa çağırmış, Bəşər Əsədi isə “heyvan” adlandırmışdı.

Rusiya: Qərb koalisiyasının Suriyaya müdaxiləsinə qəti qarşı idi və hər hansı müdaxilənin cavabsız qalmayacağını bildirmişdi. Moskvaya görə, hərbi müdaxilə regionda faciəli nəticələrə gətirib çıxara bilər.

İngiltərə: İki gün əvvəl İngiltərə hökuməti Suriyaya müdaxiləyə icazə verən qərarı qəbul etmişdi. Baş nazir Tereza Mey ilk günlərdən Suriyaya hərbi zərbələrin endirilməsinin tərəfdarı idi. Hətta baş naziri parlamentin razılığı olmadan da Suriyaya hərbi müdaxilə barədə qərar verməyə hazır görünürdü. Britaniya 2003-cü ildə Birləşmiş Ştatların İraqa müdaxiləsinə də ən böyük dəstək verən ölkə idi.

Fransa: prezident Emmanuel Makron da Suriyaya hərbi müdaxilənin qatı tərəfdarı idi. O, bununla bağlı İngiltərə və ABŞ-la danışıqlar aparırdı.

Almaniya: Almaniyanın kansleri Angela Merkel Suriyaya hərbi müdaxiləyə qatılmayacaqlarını açıqlamış, lakin Suriya hökumətinə kimyəvi silahdan istifadəyə görə güclü bir mesaj verilməli olduğunu söyləmişdi.

Türkiyə: Ankara Suriya rejiminin cəzalandırılmasının tərəfdarı idi.

İtaliya: müvəqqəti baş nazir vəzifəsini icra edən Paolo Gentiloni ölkəsinin Suriyaya hərbi müdaxiləyə qatılmayacağını açıqlamışdı. O, müttəfiqlərinə maddi dəstək verəcəyini söyləyib. İtaliya İraqın işğalı zamanı ABŞ-ı BMT-də dəstəkləmiş, işğaldan sonra qurulan koalisiyaya əsgər göndərmişdi.

Kanada: baş naziri Justin Trudeau Suriyaya hərbi müdaxiləyə qatılmayacağını açıqlamışdı. Kanada 2003-cü il İraqın işğalı sonrası qurulan koalisiyaya qatılmamışdı.

Çin: Çin Rusiya ilə birlikdə Suriya hakimiyyətini dəstəkləyən ölkələrdən olsa da, BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Suriya ilə bağlı təklifinə veto qoymadı, bitərəf qaldı. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Geng Şang Pekinin hər vəziyyətdə hər hansı kimyəvi silah tətbiqinə qarşı olduğunu açıqladı.

Səudiyyə Ərəbistanı: Ər-Riyad Suriyadakı kimyəvi hücuma görə məsuliyyət daşıyan şəxslərin mühakimə olunmasının vacibliyini bəyan etdi. Vəliəhd şahzadə Məhəmməd ibn Səlman “müttəfiqlərimiz tələb edərsə, əməliyyata qatılacağıq” dedi. Səudiyyə Ərəbistanı 2003-cü ildə İraqın işğalına qarşı çıxmışdı.

Hollandiya: ökənin baş naziri Mark Rutte aprelin 13-də verdiyi bəyanatında Suriyadakı hərbi əməliyyatı dəstəkləməyin hazırda gündəmdə olmadığını söyləmişdi. Niderland 2003-cü ildə İraqın işğalı əməliyyatına qoşulmamış, amma beynəlxalq koalisiyanın təchizatına yardım etmişdi. 2005-ci ildən isə İraqa hərbçilərini göndərmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm