“Bu komediyadır, Bəşər Əsədi öldürmədilər” - ŞOK BƏYANAT
Bizi izləyin

Yaxın Şərq

“Bu komediyadır, Bəşər Əsədi öldürmədilər” - ŞOK BƏYANAT

ABŞ, İngiltərə və Fransanın bu gün Suriyada təşkil etdiyi hərbi əməliyyata müxalif qruplardan gələn ilk reaksiyalar mənfi olub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, kimyəvi hücum sonrası Dumanı tərk edən “İslam Ordusu”nun (“Ceyş'ül İslam”) liderlərindən olan Məhəmməd Alluş cinayət alətini yox edərək cinayətkara (Suriya lideri Bəşər Əsəd nəzərdə tutulur –red.) toxunmadıqlarını bildirib.

“Bu, bir kobud komediyadır”, - o deyib.

Müxaliflərin əsas təşkilatlarından olan Suriya Müzakirə Komissiyasının (SNC) başçısı Nəsr əl-Həriri isə qeyd edib ki, rejim artıq kimyəvi silahdan istifadəyə risk etməyəcək.

“Amma çoxsaylı bombalardan istifadə etməkdə davam edəcəklər. Bugünkü hücum Əsədə tək bir mesaj verir: Suriyalı uşaqları kimyəvi silahlarla öldürmə, amma normal silahlardan istifadə edə bilərsən. Bu, insanlıq üçün utancdır”, - Həriri əlavə edib.

Qeyd edək ki, bu gün ABŞ, İngiltərə və Fransa Suriyaya 103 qanadlı raket atıb. Rusiya Baş qərargahının məlumatına görə, bunlardan 71-i zərərsizləşdirilib. Raket zərbələri aprelin 7-də Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqinə cavab olub. Bu xəbərləri isə bir sıra qeyri-hökumət təşkilatı, həmçinin “Ağ kaskalar” təşkilatı yaydı. Rusiyanın Müdafiə Nazirliyi bildirirdi ki, sonuncu təşkilat etibarlı informasiya mənbəyi deyil. Rusiya nümayəndələri aprelin 9-da Duma şəhərində müayinə keçiriblər, amma orada kimyəvi silahın tətbiqinin izləri tapmayıblar.

Bu gün isə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı hadisə yerində işə başlamalı idilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm