Dəhşətli HAVA ƏMƏLİYYATI: 14 dinc sakin "yanlışlıqla" öldürüldü
Bizi izləyin

Yaxın Şərq

Dəhşətli HAVA ƏMƏLİYYATI: 14 dinc sakin "yanlışlıqla" öldürüldü

Yəməndə Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən keçirilən hava əməliyyatında 14 dinc sakin həlak olub, 4 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, hücumun yanlış nöqtəyə təşkil edildiyi bildirilib.

Hökumətə dəstək verən Xalq Dirəniş Qüvvələrinə bağlı media orqanından verilən açıqlamada koalisiya qüvvələrinin Taiz rayonunun Məvza kəndinə bağlı Urayyiş bölgəsində təşkil etdiyi “xətalı” hücumda dinc sakinləri daşıyan bir avtomobilin hədəf alındığı qeyd edilib.

Məsələ ilə bağlı koalisiya qüvvələri hələ ki, heç bir açıqlama verməyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm