• USD 1,7000 0,00% EUR 1,9961 0,00%
    • GBP 2,3335 0,00% RUB 0,0234 0,00%

Türkiyəyə qarşı ABŞ-ın yeni HƏMLƏSİ – “ƏRƏB GÜCÜ”

Türkiyəyə qarşı ABŞ-ın yeni HƏMLƏSİ – “ƏRƏB GÜCÜ”

Ər-Riyadda Körfəz Əməkdaşlıq Konseyi ölkələri, Misir və İordaniya təmsilçiləri ilə birlikdə Ərəb-ABŞ hərbi toplantısı keçirilib.

Publika.az
xəbər verir ki, toplantıda ABŞ-ı Mərkəzi Qüvvələrinin Komandanı, general Cosep Votel təmsil edib.

Votel və Səudiyyə Ərəbistanın Baş qərargah rəisi Feyyad bin Hamid ər-Ruveylinin rəhbərlik etdiyi toplantıda ABŞ-ın 2018-ci il strategiyası, təhlükəsizlik, regional məsələlər və terrorla mübarizə müzakirə olunub.

İki gün davam edən toplantıya Qətərdən Baş qərargah rəisi Qanim bin Şahin əl-Qanim qatılıb. Toplantının ərəb güclərinin Suriyada Fərat çayının şərqinə yerləşdiriləcəyi xəbərlərinin ortaya çıxmasından dərhal sonra keçirilməsi diqqət çəkir.

ABŞ mediası yaradılacaq “Ərəb Gücü”nü Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistan, İordaniya və Misirin dəstəkləcəyini yazıb.

Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil Cubeyr də ölkəsinin yaradılacaq gücə dəstək verəcəyini açıqlayıb.

“Ərəb Güc”ünün ABŞ və İsrailin nəzarətində olacağı və əsas hədəfinin İranla Türkiyə olduğu deyilir.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR