DƏHŞƏT: Toy evinə qumbara atdılar - 3 ölü, 30 yaralı
Bizi izləyin

Yaxın Şərq

DƏHŞƏT: Toy evinə qumbara atdılar - 3 ölü, 30 yaralı

Pakistanın şimal-qərbində toya silahlı basqın olub.

Publika.az TASS-a istinadən xəbər verir ki, hadisə aprelin 26-da axşam saatlarında Şimali Vəziristan vilayətinin Qulam Xan rayonunda qeydə alınıb.

Naməlum silahlı şəxslər toyun keçirildiyi evə bir neçə əl qumbarası atıb. Nəticədə ən azı 3 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların arasında qadın və uşaqların olduğu da bildirilir.

Polis araşdırma aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm