İŞİD Əfqanıstandakı partlayışa görə məsuliyyəti üzərinə götürdü - FOTOLAR - - YENİLƏNDİ
Bizi izləyin

Yaxın Şərq

İŞİD Əfqanıstandakı partlayışa görə məsuliyyəti üzərinə götürdü - FOTOLAR - - YENİLƏNDİ

Kabildə törədilən partlayışlara görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Bu barədə TASS-a məlumat yayıb.

Partlayışlar nəticəsində 9 jurnalist, o cümlədən "France Presse"in fotoqrafı ölüb.

***

Kabildə baş verən partlayışlar zamanı ölənlərin sayı 26 nəfərə çatıb, təqribən, 50 nəfər yaralanıb.

***

Kabildə iki partlayış nəticəsində ölənlərin sayı 21-ə çatıb, daha 27 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyinə istinadən 1TV telekanalı bildirib.

"Pajvak" agentliyinin xəbərinə görə, ikinci partlayış nəticəsində həlak olan və zərərçəkənlər arasında "TOLOnews" 1TV, "Əl-Cəzirə" və başqa KİV-lərin jurnalistləri də var. Həlak olanlardan biri "Frans Press" agentliyinin fotoqrafı Şa Maraidir.

***

Əfqanıstanda bazar ertəsi səhər saatlarında iki partlayış qeydə alınıb.

Publika.az xəbər verir ki, güclü partlayışlardan biri paytaxt Kabildə baş verib. Partlayışlar nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Daha 20 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Ölənlərin sayı ölkənin Səhiyyə Nazirliyi tərəfindən açıqlanıb.

Polis faktla bağlı araşdırma aparır.

Xatırladaq ki, ilkin məlumatlara görə, partlayış motosiklet idarə edən terrorçu tərəfindən törədilib. Hədəf isə ölkənin Milli Təhlükəsizlik Direktorluğunun rəsmi nümayəndələri olub.

Digər partlayış isə ölkənin Nanqahar vilayətində baş verib. Partlayışda ölənlərdən birinin polis olduğu bildirilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm