Trampın gizli məktubunu Xameneiyə Putin çatdırıb? – ŞOK TƏFƏRRÜATLAR
Bizi izləyin

Yaxın Şərq

Trampın gizli məktubunu Xameneiyə Putin çatdırıb? – ŞOK TƏFƏRRÜATLAR

İranın dini lideri ayətullah Əli Xamenei çərşənbə günü etdiyi çıxışında xüsusi bir məqama diqqəti yönəltdi. Xamenei ABŞ prezidenti Donald Trampın ötən günlərdə ərəb ölkələrinin liderlərinə bir məktub göndərdiyini söylədi.

Publika.az xəbər verir ki, Trampın nüvə razılaşmasından çəkildiyini açıqlamasından bir gün sonra – mayın 9-da tvitter hesabından paylaşım edən Xamenei Amerika liderinin körfəzdəki ərəb ölkələrinin liderlərinə göndərdiyi məktubda “7 trilyon dollar xərclədim, əvəzində bir şeylər etməlisiniz” yazdığını iddia edib.

Xameneinin şərhləri ilə ABŞ-ın yaxın müttəfiqləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) hədəf aldığı təxmin edilir.

Xamenei eyni gün Tehrandakı bir universitetdə etdiyi çıxışında da eyni mövzuya toxunmuşdur.

“Bir neçə gün əvvəl ABŞ prezidenti ərəb dünyasının liderlərinə məktub yazdı. O məktub bizdədir. Məktubda onlar üçün 7 trilyon dollar xərclədiyi və onların da söylədiklərinə riayət etməli olduğu bildirilir. Bu pulları İraq və Suriyaya hakim olmaq üçün xərclədiniz, ancaq hakim ola bilmədiniz”, - İranın ali dini lideri söyləmişdi.

“Vaşinqton Post” nəşrinin yazdığına görə, Ağ Ev səlahiyyətliləri və Milli Təhlükəsizlik Şurasının sözçüsü sözügedən məktubla əlaqədar şərh verməyiblər. Ancaq adının çəkilməsini istəməyən yüksək vəzifəli bir səlahiyyətli Trampın körfəzdəki ərəb müttəfiqlərinə 2 həftə əvvəl bir məktub göndərdiyini söyləyib.

Məktubda həmçinin Səudiyyə Ərəbistanının liderliyindəki blokdan Qətərlə davam edən qarşıdumaya son qoyulması tələbi yer almışdı. ABŞ rəsmisinin sözlərinə görə, Səudiyyə Ərəbistanı xüsusi məktubla cavab verib və xahişi rədd edib.

Məktubunun Xameneinin əlinə hansı yolla keçməsinə gəlincə, bunda Küveyt, Qətər, Oman və İordaniya kimi ölkələrin rolunun olduğu, yaxud da məktubun İrana Rusiya tərəfindən verildiyi təxmin edilir.

Qeyd edək ki, son vaxtlar ABŞ əsgərlərinin Suriyada qalması ilə bağlı xərcləri kimin ödəməsi ilə bağlı məsələ Yaxın Şərqdə söz duelinə çevrilib.

ABŞ prezidenti Vaşinqtonda Fransa prezidenti Emanuel Makronla görüşdə ABŞ-ın son 18 ildə Yaxın Şərqdə 7 trilyon dollar pul xərcləndiyini, ABŞ-ın regionu qorumaması halında bəzi ölkələrin bir həftə ərzində çökə biləcəyinə işarə vurmuşdu. Tramp Yaxın Şərq ölkələrinin ABŞ-ın hərbi xərclərini ödəməsi məsələsi yenidən gündəmə gətirmişdi.

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl Cübeyr bu çıxışdan sonra ABŞ-ın Suriyadakı xərclərinin Qətərin ödəməli olduğunu deyib. O, iddiasını ABŞ-ın Qətərdə hərbi bazasının yerləşməsi, ABŞ-ın müdafiəsi olmazsa Qətər hakimiyyətinin bir həftə ərzində devriləcəyini deyib.

“Əgər ABŞ Qətərdəki bazasını çıxararsa, Qətər rejimi bir həftədən az müddətdə devrilər, ABŞ Qətərdəki bazasını boşaltmadan əvvəl Qətərin hərbi qüvvələrini Suriyaya göndərməsi lazımdır”, - Cübeyr deyib.

Lakin Qətər bu pulu ödəmək niyyətinin olmadığını bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm