Yaxın Şərq
“Bunsuz heç bir sülh müqaviləsi olmayacaq” - Müsəlman dünyasını ŞOKA SALACAQ ŞƏRT
İsrail Qüdsün bölünməsini mümkün hesab etmir, bu ideya reallıqdan uzaqdır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu İsrailin ekologiya və Yerusəlim məsələləri üzrə nazir Zeyev Yelkin bildirib.
“Mən də daxil olmaqla, hökumətin mövqeyi birmənalıdır: biz Qüdsün bölünməsi perspektivlərini görmürük. İdeoloji nöqteyi-nəzərdən, Qüds həmişə yəhudi dövlət paytaxtı olub. Bu şəhəri bu gün artıq bölmək mümkün deyil”, - nazir deyib.
O vurğulayıb ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması olmadan heç bir sülh müqaviləsi olmayacaq".
Xatırldaq ki, Fələstinin yəhudi və ərəb dövlətləri arasında bölünməsinə dair BMT-nin 1947-ci il tarixli planına əsasən, Qüdsə xüsusi status verilib, o, beynəlxalq suverenlik və nəzarətə alınıb. Müqəddəs şəhərin qərb yarısı 1948-ci ilin Ərəb-İsrail müharibəsində ələ keçirilib. İsrail Şərqi Qüdsü 1967-ci ildə - Suriya, Misir və İordaniya ilə müharibə əsnasında işğal edib. İsrailin Şərqi Qüdsü işğal etməsi de-fakto bütün şəhəri İsrailin nəzarəti altına salıb. İsrailin yurisdiksiyası və Qüdsün onun mülkiyyəti olması beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Qüdsün statusu Fələstin-İsrail münaqişəsinin həlli istiqamətində səylərin əsas nöqtələrdən biridir.
İsrail 1980-ci ildə “Qüds Qanunu"nu qəbul edib, "Qüdsün İsrailin birləşdirilmiş və vahid paytaxtı" olduğunu bildirərək Şərqi Qüdsün ilhaqını rəsmiləşdirib.
Buna cavab olaraq, BMT Təhlükəsizlik Şurası 1980-ci ildə 478 saylı qətnamə qəbul edərək, bu qanunu etibarsız sayıb.
Ömər Dağlı
-
Sosial22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI