İsrail-İran müharibəsi baş verərsə qalib KİM OLAR? - Analitiklər AÇIQLADI
Bizi izləyin

Yaxın Şərq

İsrail-İran müharibəsi baş verərsə qalib KİM OLAR? - Analitiklər AÇIQLADI

Yaxın Şərqdə gedən son proseslər iki hərbi ağırçəkili oyunçunun – İran və İsrailin addım-addım müharibəyə yaxınlaşdığını göstərir. Belə olan halda, onlardan kimin hərbi cəhətdən daha üstünlüyə malik olması sualı ortaya çıxır. İsrail nüvə arsenalına baxmayaraq, İran dünyada ən effektiv ordulardan biri ilə lovğalana bilər.

Publika.az xəbər verir ki, “GlobalFirepower.com” saytının topladığı məlumatlara əsasən, ehtiyat qoşunlar da daxil olmaqla, İranın silahlı qüvvələrinin ümumi sayı 934 min nəfər təşkil edir.

Bu, İsraildə 615 min nəfərdir. Əgər çağırış yaşı çatan bütün vətəndaşları nəzərə alsaq, üstünlük əvvəlki kimi İran tərəfindədir. 84 milyon əhalisi olan İran vətəndaşlarının yarıdan çoxu vuruşmağa qadirdir. Bu, İsraildə 3,6 milyon nəfər təşkil edir.

Amma, hərbi analitiklər bildirirlər ki, söhbət yüksəktexnologiyalı silahlar və pilotsuz uçuş aparatlarına gəldikdə, İranın üstünlükləri bitir.

Adi yerüstü müharibədə İsrail gücləri 2700 tank və ağır artilleriya ilə 1600 ağır yerüstü silahları İranı üstələyəcək. İsrail havada analoji üstünlüyə malikdir. İsrailin hava donanması İran Hərbi-Hava Qüvvələrinin 500 döyüş təyyarəsi və helikopteri (onlar əsasən tədris helikopterləri və yük təyyarələrindən ibarətdir) müqayisədə 600 qırıcı və zərbə vertolyotundan ibarətdir.

Analitiklər vurğulayırlar ki, İranın ordusu öz müttəfiqlərinə və rəqibin zəif yerlərini tapmaq bacarığına güvənir. İranın yad güclərlə müharibə aparmaq qabiliyyəti onun əsas üstünlüyü olaraq qalır. İranlılar tərəfindən öyrədilən husi döyüşçüləri Yəməndə hökumət gücləri və Səudiyyə Ərəbistanı tərəfindən başçılıq edilən ərəb koalisiyasına qarşı bir neçə ildir müqavimət göstərir. Livanda “Hizbullah” şiə təşkilatı Tehranın çoxdankı strateji müttəfiqidir və İsrail üçün ciddi təhlükə təşkil edir. “Hizbullah” uzun sürməyən sərhəd müharibəsinin baş verdiyi 12 il əvvəllə müqayisədə daha güclüdür.

İsrail məmurları bildirirlər ki, Tehran İran İslam İnqilabı Keşikçilər Korpusu tərəfindən öyrədilmiş 80 minlik dəstələrə “şiə ayparası” (İranı Şimali İraq və Suriya vasitəsilə Livana bağlayan dəhliz – red.) ağır silahlar və maddi vasitələri göndərir. İranla bağlı sərt xəttin yerli tərəfdarları və strateqlər İsrailin baş nazir Benyamin Netanyahu hökumətinə “şiə ayparası” layihəsi tamamlanmamış bu ölkəyə zərbələrin endirilməsini israrla məsləhət görürlər. Onların fikrincə, İran və İsrail arasında münaqişə yaranarsa, İranın hərbi komandirləri Suriya, Livan və İraqda etibar etdiyi şəxslərin vasitəsilə İsrailə qarşı bir neçə cəbhə aça bilərlər.

Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatların Mərkəzinin analitik hesabatında deyilir ki, Tehran həmçinin raketlərin çatdırılması mərkəzinə çevrilib. Tehranın “Hizbullah” və Suriyada Bəşər Əsəd rejimi də daxil olmaqla, müttəfiqlərinə raketlər və artilleriya sistemləri çatdırdığı bildirilir. Hesabata görə, İranın orta və uzaq mənzilli ən azı 16 raket və artilleriya sistemi artıq tətbiq edilir və ya hazırlanma mərhələsindədir. Qiymətləndirilmələrə görə, İranın uzaq mənzilli "Xorramşahr" raketi (ehtimal edilən uçuş məsafəsi 1900 kilometr) İsrailin “İerixon-2” raketinə (ehtimal edilən uçuş məsafəsi 3400 kilometr) bənzəyir.

Butünü bunlara baxmayaraq, analitiklərin sözlərinə görə, İran hələ İsraillə qarşıdurmaya hazır deyil. Bundan başqa, bu dövlətin hakimiyyəti ABŞ prezidenti Donald Trampın nüvə sazişindən çıxışından sonra əlavə problemlərlə məşğuldur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm