Suriyada kimyəvi silahın tətbiqi üzrə səhnə əməliyyatları hazırlanır – ŞOK İDDİA
Bizi izləyin

Yaxın Şərq

Suriyada kimyəvi silahın tətbiqi üzrə səhnə əməliyyatları hazırlanır – ŞOK İDDİA

ABŞ gücləri Suriyada kimyəvi silahdan istifadə ilə səhnə əməliyyatlarının təşkilinə nəzarət etməyə davam edir.

Publika.az xəbər verir ki, bu haqda kimyəvi silahın ləğvi üzrə Milli Komitədəki mənbəyə istinadən SANA agentliyi bildirib.

Mənbə qeyd edib ki, dəqiq informasiyaya görə, daha əvvəl İŞİD terror təşkilatının sıralarında olan döyüşçülər indi ABŞ-la əməkdaşlıq edirlər. Onun sözlərinə görə, Suriya Demokratik Güclərinin nəzarətində olan rayonlardan Amerika bazalarına suriyalı ailələri aparırlar. Orada Suriya sakinlərinə kimyəvi hücumun nəticələrini təsvir etməyi öyrədirlər.

Daha əvvəl Suriya lideri Bəşər Əsəd ölkə ərazisində kimyəvi silahın tətbiqi ilə bağlı ittihamları məzhəkə adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm