Türkiyə və ABŞ razılaşdı - 3 mərhələli PLAN
Bizi izləyin

Yaxın Şərq

Türkiyə və ABŞ razılaşdı - 3 mərhələli PLAN

Türkiyə və ABŞ-ın iyunun 4-dən sonra həyata keçirməsi planlaşdırılan Münbiç planı Fərat çayının qərb sahilində yerləşən terrorçuların bir ay içində bölgədən çıxarılmasını nəzərdə tutulur.

Publika.az xəbər verir ki, bu haqda danışıqlara qatılan mənbələrə istinadən “Anadolu” agentliyi bildirib.

Məlumata görə, ABŞ və Türkiyə YPG/PKK terror təşkilatının Fərat çayının qərbində işğal etdiyi Münbiçdən çəkilməsi barədə texniki razılıq əldə edib. Razılaşma Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun amerikalı həmkarı Maykl Pompeo ilə iyunun 4-də Vaşinqtonda keçirəcəyi görüşdə elan ediləcək.

Vaşinqton görüşündə detallarda bəzi dəyişikliklərin ola biləcəyini xatırladan mənbələr texniki müzakirələrdə razılaşdırılmış əsas xətlərin qorunub saxlanılacağını bildiriblər.

İyunun 4-də razılaşma ilə əlaqədar son imzalar atılarsa, 30 gün ərzində YPG/PKK ünsürləri Münbiçi tərk edəcəklər. “Anadolu”nun türk kəşfiyyat mənbələrindən aldığı məlumatlara görə, təşkilatın liderləri artıq Münbiçdən çıxmağa başlayıblar.

İkinci mərhələdə iyunun 4-dən sonrakı 45 gün ərzində Türkiyə və ABŞ-ın hərbi və kəşfiyyat əməkdaşlarının mahalda ortaq yoxlamalar aparması nəzərdə tutulur.

Üçüncü mərhələdə - iyunun 4-dən sonrakı 60 gün ərzində Münbiçdə yerli idarəçilik yaradılacaq.

Qeyd edək ki, Münbiç mahalı YPG/PKK tərəfindən 2016-çı ilin avqustunda ABŞ-ın dəstəyi ilə İŞİD terror təşkilatından təmizlənmişdi. Vaşinqton YPG/PKK-nin Münbicdən çıxacağı mövzusunda Türkiyəyə zəmanət versə də, bunu indiyə kimi yerinə yetirməyib.

Munbiç əhalisinin 90 faizindən çoxu ərəblərdən ibarətdir.

ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə iyunun 4-də nəzərdə tutulan görüşü şərh edən Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu daha əvvəl bildirib ki, görüşdə Münbiçlə bağlı bir proqramın hazırlanması ehtimalı var.

“Məqsəd konkret addımların nəzərdə tutulduğu “yol xəritəsi” müəyyən etməkdir. Biz heç vaxt “Münbiçdə Amerika əsgəri olmasın” demədik. “YPG çıxsın” dedik”, - o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm