Yaxın Şərq
Əsəddən ABŞ-a MESAJ: “Bu, gec-tez baş verməlidir”
“ABŞ Suriyaya zərbələr endirməklə hər gün beynəlxalq hüququn normalarını tapdalayır. Dünyanın istənilən ölkəsi belə hücumun obyekti ola bilər”.
Publika.az xəbər verir ki, bunu Suriya prezidenti lideri Bəşər Əsəd “Russian Today” telekanalına müsahibəsində deyib.
“Bu zərbələr üçün hüquqi əsaslar varmı? Onların təyyarələri burada niyə uçur? Reallıqda terrorçuları dəstəkləyən “terrorçuluğa qarşı koalisiya”nın hərəkətləri üçün hüquqi əsaslar varmı? Yoxdur”, - o bildirib.
Prezident qeyd edib ki, ABŞ və onların Qərbdəki marionetkaları beynəlxalq hüququn normalarına riayət etmir və buna görə də gələcəkdə Suriyaya mümkün zərbələrin təkrarlanmayacağına dair zəmanətlər yoxdur.
Suriya prezidenti bildirib ki, ABŞ Suriya ərazisindən getməlidir: “Bu, bizim torpağımızdır və onu azad etmək hüququmuz və borcumuzdur. Amerikalılar getməlidir və bu, gec-tez baş verəcək”.
Onun sözlərinə görə, ABŞ-ın başçılığı ilə Qərb Suriyada vəziyyətin nizama salınmasına mane olmağa çalışır: “Suriya ordusunun müvəffəqiyyətlərinə, siyasi prosesin inkişafına və vəziyyətin ümumi yaxşılaşmasına cavab olaraq, rəqiblərimiz qələbəni bizdən almağa çalışırlar. Bunlar ABŞ və onun marionetkalarının başçılıq etdiyi Qərb və onların Suriyadakı muzdlularıdır. Onlar terror qruplaşmalarını dəstəkləyərək və yeni güclərin Suriyaya girməsinə kömək edərək siyasi prosesə əngəl törədirlər”.
Əsəd bildirib ki, Dəməşqin əsas vəzifəsi Qərbdən daha sürətli hərəkət etməkdir.
“Düşünürəm ki, biz müvəffəqiyyət qazanırıq. Amma dəqiq müddəti açıqlamaq çətindir. Ancaq biz buna yaxınlaşırıq, bu, görünür”, - prezident deyib.
Suriya lideri qeyd edib ki, ABŞ və Rusiya Suriyada münaqişəyə kifayət qədər yaxınlaşsa da, Rusiyanın müdrik mövqeyi sayəsində bundan qaçmaq mümkün olub. O vurğulayıb ki, belə münaqişə heç kəsin – dünyanın və ilk növbədə Suriyanın maraqlarına cavab vermir.
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?