• USD 1,7000 0,00% EUR 1,9837 0,00%
    • GBP 2,1690 0,00% RUB 0,0221 0,00%

Ramazanda təbil çalanlar cəzalandırıldı

Ramazanda təbil çalanlar cəzalandırıldı

Qüdsdə Ramazan ayı ərzində oruc tutanları oyandıran təbil çalanlar cəzalandırılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı “Haaretz” adlı İsrail qəzeti yazıb. Məlumata görə, həmin şəxslərə həbs cəzası da verilib.

Xüsusən, fələstinli kişiləri hədəf alan Qüdsün təhlükəsizlik əməkdaşları yəhudilərin bu görüntülərdən narahat olduğunu əsas gətirib.

Qəzetin yazdığına görə, bu il ilk dəfə polislər bölgədə yaşayanların şikayətinə əsasən, təbil çalanları cəzalandırıb. 6 nəfərin ifadəsi alınandan sonra cəzalandırıldı. Üstəlik, minlərlə şekel (İsrail pul vahididir) cərimələniblər.

Qəzet araşdırma apararaq təbil çalanları tapıb. Onlardan fələstinli Məhəmməd Hacici 3 ildir ki, Əski Şəhərdə bu işlə məşğul olduğunu, ondan əvvəl isə 8 il başqa şəhərdə Ramazan ayı boyunca təbil çaldığını deyib: “Lakin bundan əvvəl heç zaman polislər məni narahat etməmişdi. Ərazidə 3 yəhudi ailə yaşayır. Biri təzə, ikisi də çoxdan məskunlaşıb. Polis əsas gətirir ki, səs yəhudi ailələrini narahat edir. Onsuz da proses 20 dəqiqə çəkir. Biz də həmin ailələrinin evinin yanında 3 saniyə qalırıq. Məni 450 şekel (126 dollar) cərimələyiblər, digərlərindən 1000-2000 min şekel pul alacaqlarını dedilər”.

Polisin isə məsələ ilə bağlı rəsmi açıqlamasında bildirilir ki, bu səslər ətrafda yaşayanları narahat edir. Ona görə də hadisə ilə bağlı lazımı tədbir görülüb.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR