Suriyada əməliyyatların ikinci mərhələsi başladı
Bizi izləyin

Yaxın Şərq

Suriyada əməliyyatların ikinci mərhələsi başladı

ABŞ-ın rəhbərlik etdiyi koalisiya, onların Suriyadakı müttəfiqləri olan "Suriya demokratik qüvvələri" qruplaşması və İraq hərbçiləri ilə birgə Suriya və İraq sərhədində İŞİD-ə qarşı "Sürək" adı altında hərbi əməliyyatların ikinci mərhələsinə başlayıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, İraqın təhlükəsizlik qüvvələri İŞİD üzvlərinin Suriyadan İraqa qaçışının qarşısını almaq üçün sərhəddə iştirakını gücləndirib.

"Sürək ovu" əməliyyatı mayın 1-də başlayıb. Uğurlu birinci mərhələ Suriyanın Deyr-əz-Zor əyalətinin Əl-Baquza-Fokani yaşayış məntəqəsinin azad edilməsi ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm