Türkiyə və ABŞ razılaşdı – Ankaradan İLK ŞƏRH
Bizi izləyin

Yaxın Şərq

Türkiyə və ABŞ razılaşdı – Ankaradan İLK ŞƏRH

Vaşinqtonda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında keçirilən görüşdə YPG/PKK terror təşkilatının Suriyanın Münbic şəhərindən çəkilməsi barədə razılaşma əldə olunub.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

“İki nazir Münbiçdə təhlükəsizlik və sabitliyi təmin edəcək yol xəritəsini təsdiqlədi”, - nazirliyin açıqlamasında deyilir.

Məlumata görə, Çavuşoğlu danışıqların çox müvəffəqiyyətli keçdiyini və Pompeo ilə görüşdən konkret nəticələr gözlədiyini bildirib.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Çavuşoğlu və Pompeo arasındakı görüş 1 saat davam edib.

Xatırladaq ki, daha əvvəl danışıqlara qatılan mənbələrə istinadən “Anadolu” agentliyinin yazdığına görə, Münbiç planı Fərat çayının qərb sahilində yerləşən terrorçuların bir ay içində bölgədən çıxarılmasını nəzərdə tutur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm