İsrail prezidentindən fələstinli həmkarına Ramazan TƏBRİKİ
Bizi izləyin

Yaxın Şərq

İsrail prezidentindən fələstinli həmkarına Ramazan TƏBRİKİ

İsrail prezidenti Reuven Rivlin Fələstin lideri Mahmud Abbası müsəlmanların müqəddəs ayı olan Ramazanın gəlişi münasibəti ilə təbrik edib. Rivlin Abbasa Qəzza zolağında fələstinlilərin ölümü ilə nəticələnən hadisələr fonunda zəng edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fələstinin VAFA agentliyi məlumat yayıb.

"Fələstin dövlətinin rəhbəri Mahmud Abbas bazar günü İsrail prezidenti Reuven Rivlindən telefon zəngi qəbul edib. Söhbət zamanı qarşı tərəf onu Ramazan ayının gəlişi və sağalması münasibəti ilə təbrik edib", - deyə məlumatda qeyd olunur.

Həmçinin Abbasın Rivlinə zəngə görə təşəkkür etdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm