İŞİD PKK ilə əməkdaşlıq edir - Terroçular qaytarılır
Bizi izləyin

Yaxın Şərq

İŞİD PKK ilə əməkdaşlıq edir - Terroçular qaytarılır

Suriyada terrorçular öz aralarında əməkdaşlıq edir.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın aparıcı qəzetlərindən biri olan "Telegraph" nəşri yazıb. Nəşr YPG\PKK terror təşkilatının İŞİD ilə əsirləri dəyişdirdiyini, eləcə də İŞİD qruplaşmasının üzvlərini terrorçuların nəzarətində olan ərazilərə geri göndərdiyini yazıb.

"YPG\PKK terror qruplaşmaları Rakka və Deyr-əz-Zor əməliyyatları zamanı ələ keçirdikləri İŞİD terrorçularını geri vermək, ailələrini nəzarətdə olan ərazilərə geri qaytarmaq üçün təşkilatla müzakirələrə başlayıb"-deyə, məqalədə qeyd edilib.

Xəbərdə qeyd edilib ki, İŞİD terror qurplaşmasına təhvil verilən terrorçular arasında Fransa və Almaniya vətəndaşları da olub. Xarici nümayəndələrdən hazırda 3 İngiltərə vətəndaşı YPG\PKK-nın əlindədir. Yaxın zamanlarda gerçəkləşəcəyi gözlənilən razılaşmada onların da sərbəst buraxılacaqları və İngiltərəyə qayıdacaqları gözlənilir.

Məqalə müəllifi bu günə qədər YPG\PKK və İŞİD arasında terrorçuların və ailələrinin qarşılıqlı dəyişdirilməsi istiqamətində 3 müqavilənin gerçəkləşdirildiyini yazır:"Bu günə qədər fevral ayında gerçəkləşdirilən razılaşmaya görə, çoxu çeçen,ərəb və bir neçə fransız və almanın olduğu 200-ə yaxın terrorçu YPG/PKK tərəfindən İŞİD qruplaşmasına təhvil verilib. Aprel ayında 2-ci razılaşma olub və şərtlərə görə, içərisində qadın və uşaqların olduğu 15 terrorçu və onların 40-a yaxın ailə üzvləri ekstradisiya edilib. Bunların içində Mərakeş, Fransa, Belçika və Hollandiya vətəndaşları da olub. İŞİD isə əvəzində Deyr- əz-Zor əməliyyatlarında ələ keçirdiyi YPG/PKK-lı terrorçuları onlara geri verib".

Xəbərdə iki terror təşkilatı arasında dnışıqlar üçün istifadə edilən 15 vasitəçidən 4-nün öldürüldüyü də qeyd edilib. Terrorçuların sonuncu dəyişdirilməsi iyunun 6-da gerçəkləşib. Onların İŞİD nümayəndələrinin xanımları olduğu və razılaşmanın birbaşa, heç bir vasitəçi olmadan Deyr-əz-Zorda keçirildiyi qeyd olunub.

Sözügedən razılaşmalardan təşkilatı dəstəkləyən ABŞ-ın xəbərsiz olduğu, lakin Almaniya Xarici İşlər Nazirliyinin bir vətəndaşının və ailəsinin İŞİD bölgəsinə geri göndərildiyindən xəbərdar olduğu da bildirilib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm