Trampın Suriya üzrə yeni PLANININ DETALLARI
Bizi izləyin

Yaxın Şərq

Trampın Suriya üzrə yeni PLANININ DETALLARI

ABŞ prezidenti Donald Tramp bu həftə növbəti dəfə Amerika qoşunlarının Suriyadan çıxması ideyasını irəli sürdü. O, mövzudan bu dəfə Ağ Evdə İordaniya kralı II Abdullah ilə görüşündə danışdı.

Publika.az xəbər verir ki, CNN telekanalının məlumatına görə, bu haqda liderlərin danışıqlarının məzmunundan xəbərdar olan iki diplomatik mənbə bildirib.

Tramp və Abdulla Suriyada vəziyyəti təfərrüatı ilə müzakirə edib. Mənbələrdən birinin sözlərinə görə, Tramp Suriyanın cənub-qərbində təhlükəsiz zona ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə razılaşacağına inanır. Bu, ABŞ-a qısa müddətə oradan çıxmasına imkan verəcək.

Martda Tramp bildirmişdi ki, Birləşmiş Ştatlar Suriyadan kifayət qədər tez gedəcək. Bundan bir neçə saat əvvəl isə Pentaqon ən yaxın gələcəkdə Amerika qoşunlarının Suriyadan çıxarılması ehtiyacı haqqında bəyanat verdi.

Ancaq yüksəkvəzifəli hərbçilər sonra vurğuladılar ki, Tramp dəqiq tarixi açıqlamayıb və Amerika qoşunlarının Suriyada olması konkret situasiya və şərtlərlə müəyyən ediləcək.

Görünür ki, Amerika prezidenti bu məsələni yenidən qaldırmağa qərar verib. İyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə Tramp-Putin görüşündə bu məsələsinin müzakirəsi imkanı olacaq. Amerikanın rəsmi şəxsləri bildirirlər ki, sammitin gündəliyinə Suriya haqqında məsələ daxil edilib. Ancaq onlar təfərrüatı açıqlamaqdan imtina edirlər.

Diplomatik mənbələrin informasiyasına görə, Trampın planı ruslara İordaniya sərhədini Suriya prezidenti Bəşər Əsədin nəzarətinə qaytarmağa kömək etməyə imkan verəcək. Tramp hesab edir ki, ruslara bu regionu Əsədin nəzarətinə qaytarılmasına kömək etməyə icazə verərsə, bu, Amerika qoşunlarının çıxarılmasını sürətləndirəcək.

Amma Tramp ruslardan zəmanət almaq istəyir ki, Suriya rejimi bundan sonra ABŞ tərəfindən dəstəklənən üsyançılara qarşı hücumlar təşkil etməyəcək. Diplomatik mənbələrin sözlərinə görə, ABŞ prezidenti həmçinin ümid edir ki, Rusiya Suriyanın cənub-qərbində döyüş əməliyyatlarına imkan verməmək və İranın dəstəklədiyi gücləri buraxmamaq üçün sözügedən ərazidə təhlükəsiz zonanı quracaq. Onlar əlavə edirlər ki, İranın Suriyadan qovulması Amerika qoşunlarının çıxarılması üzrə Trampın planının əsasını təşkil edir.

Ancaq mənbələr vurğulayır ki, Putin Trampın təklifinə razılaşsa belə, Rusiya Tramp nail olmağa çalışdığını etməyə bilər.

Həmçinin Tramp-Putin görüşündə qaçqınları problemi və Əsədin hakimiyyətinin saxlanılması kimi məsələlər var.

Amerika qoşunlarının Suriyadan mümkün qədər tez çıxarılması üzrə prezidentin cəhdi bu regionda ABŞ və müttəfiqləri, xüsusilə üsyançı “Suriya Demokratik Gücləri” arasında narahatlıq yaradıb. ABŞ-ın müttəfiqləri hesab edirlər ki, bu, Suriyanın hökumət gücləri, İrana və Türkiyəyə cəsarət verə bilər. CNN-nin materialında bildirilir ki, bu ölkələr ABŞ-ın cavab hərəkətlərindən ehtiyat edərək Amerikanın Suriyadakı müttəfiqlərinə hücumlar etmirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm