“Yandırılmış torpaq” əməliyyatı - 15 saat DAVAM ETDİ
Bizi izləyin

Yaxın Şərq

“Yandırılmış torpaq” əməliyyatı - 15 saat DAVAM ETDİ

Rusiyanın hərbi qulluqçuları Suriyada “sözə baxmayan” və atəşkəsə getmək istəməyən döyüşçülərə ağır zərbələr endiriblər.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, döyüşçülərə qarşı “yandırılmış torpaq” əməliyyatı keçirilib.

Məlumata görə, iyulun 4-də Xmeymim hava bazasından qalxan qırıcıların endirdiyi aviazərbələr növbəti gün səhərə qədər davam edib və tam 15 saat çəkib. Bu müddət ərzində döyüşçülərin mövqelərinə 600 zərbə endirilib.

Aviazərbələrdən sonra döyüşçülərin nümayəndələri onlar tərəfindən tutulmuş ərazilərin azad edilməsi üzrə rusların tələblərini yerinə yetirməyə qərar veriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm