Suriya ordusu İsrailin təyyarəsini vurdu
Bizi izləyin

Yaxın Şərq

Suriya ordusu İsrailin təyyarəsini vurdu

Suriyanın Hava Hücumundan Müdafiə sistemləri Homs əyalətində “Tifor” (T-4) təyyarə bazasına hücum edən İsrailin Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurub.

Publika.az xəbər verir ki, bu haqda Suriyanın dövlət agentliyi olan SANA bildirib.

Agentlik daha əvvəl “T-4” bazasına İsrailin hücumu haqqında xəbər vermişdi. Məlumata görə, aviazərbələrin dəf edilməsi zamanı Suriyanın Hava Hücumundan Müdafiə sistemləri bir neçə raketi məhv edib.

“Hava Hücumundan Müdafiə sistemləri İsrailin təcavüzünü dəf edərək bir neçə raketi və hücüm edən təyyarələrdən birini vurdu. Qalan təyyarələr Suriyanın hava məkanını tərk etməyə məcbur oldular”, - agentlik yazıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm