Mahmud Abbas: “Əsrin müqaviləsi”ni qəbul etməyəcəyik”
Bizi izləyin

Yaxın Şərq

Mahmud Abbas: “Əsrin müqaviləsi”ni qəbul etməyəcəyik”

Fələstin “Əsrin müqaviləsi” adı verilən planı qəbul etməyəcək.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Fələstinin dövlət başçısı Mahmud Abbas “Fəth” hərəkatının Ramallahdakı Mərkəzi Komitəsinin toplantısının açılışında deyib.

Mahmud Abbas bildirib ki, ərəb liderləri də İsrail və Fələstin arasındakı sülh müzakirələrinin yenidən başladılması üçün ABŞ-ın hazırlamağa davam etdiyi “Əsrin müqaviləsi” adlı plana qarşıdır.

“Ərəb qardaşlarımız bizə “Əsrin müqaviləsi”nə qarşı olduqlarını söylədilər. Avropa, Asiya və Afrikadakı bəzi ölkələr də bu razılaşmanı qəbul edə bilməyəcəklərini ifadə etməyə başlayıblar”, - Fələstin lideri söyləyib.

Mətbuatdakı iddialara görə, Donald Tramp administrasiyasının hazırladığı “Əsrin müqaviləsi” planına işğal altındakı Şərqi Qüdsün İsrailə verilməsi və Qərb Şeriada qeyri-qanuni məskunlaşdırılan yəhudi yaşayış məntəqələrinin saxlanılması kimi şərtlər daxildir. 5,9 milyondan çox fələstinli qaçqının torpaqlarına dönməsinə icazə verilib-verilməyəcəyi barədə müddəanın isə planda yer almadığı bildirilir. İddiaya görə, plan qəbul olunsa belə, fələstinli qaçqınların torpaqlarına qayıtmasına icazə verilməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm