İsrailə məxsus təyyarənin vurulma anının VİDEOSU
Bizi izləyin

Yaxın Şərq

İsrailə məxsus təyyarənin vurulma anının VİDEOSU

Ötən gecə Suriyanın Hava Hücumundan Müdafiə sistemləri Homs əyalətində “Tifor” (T-4) təyyarə bazasına hücum edən İsrailin Hərbi Hava Qüvvələrinə məxsus qırıcını vurub.

Publika.az xəbər verir ki, Yutubda qırıcının vurulma anının görüntüləri yayılıb.

Bildirilir ki, hücumda iki “F-16” qırıcısı iştirak edib. Onlar ən azı 6 “Dalila” qanadlı raketi buraxıblar. “F-16” qırıcılarını havada iki “F-35” və iki “F-15” müşayiət edirdi.

İlkin məlumatlara görə, təyyarə bazasında olan İran hərbçiləri İsrail ordusunun aviazərbələrinin hədəfi idilər.

İsrail KİV-i yazır ki, baza ilk dəfə hücuma məruz qalmır, çünki orada İran hərbçiləri, “Hizbullah” və digər iranmeylli güclər yerləşir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm