İsrail aviasiyası Qəzzanı bombaladı
Bizi izləyin

Yaxın Şərq

İsrail aviasiyası Qəzzanı bombaladı

İsrail aviasiyası Qəzza sektorunda şənbə günü gecəsi Fələstin döyüşçülərinin obyektlərinə zərbələr endirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrail ordusunun açıqlamasında deyilir.

“Bu gecə döyüş təyyarələri Qəzza sektorunun cənubunda terror tunelinə hücüm etdilər. “Həmas” terror təşkilatının təlim düşərgəsi üçün infrastruktur da daxil olmaqla, bir neçə terror obyekti vuruldu”, - ordunun mətbuat xidməti bildirib.

Aviazərbələrin İsrailin cənub rayonlarına raketlərin buraxılmasına cavab olduğu bildirilir. İsrail hərbçiləri Qəzzadan buraxılmış 17 raketdən 5-ni “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi ilə zərərsizləşdiriblər.

Hər iki tərəfdən zərərçəkənlər haqqında informasiyalar hələ yoxdur.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm