İkinci “Ərəb Baharı” başladı? – Nümayişlər paytaxta keçdi
Bizi izləyin

Yaxın Şərq

İkinci “Ərəb Baharı” başladı? – Nümayişlər paytaxta keçdi

İraqın cənubunda başlayan və paytaxt Bağdada da keçən nümayişlər səbəbiylə ölkədə vəziyyət getdikcə pisləşir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hökumət etiraz aksiyalarının daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün internetə girişi məhsuslaşdırıb.

Ölkədəki vəziyyəti müzakirə etmçək üçün İraq Milli Təhlükəsizlik Şurası baş nazir Heydər Əl-İbadinin başçılığı ilə təcili toplanıb.

Qeyd edək ki, ölkədəki enerji çatışmazlığına görə bir neçə gün əvvəl nümayişlər başlanıb. Meysan kəndində təhlükəsizlik gücləri aksiyalara müdaxilə edib. Təhlükəsizlik güclərinin nümayişçilərlə toqquşması nəticəsində bir nəfərin öldüyü bildirilir.

Ekspertlər nümayişləri 2011-ci ildə başlayan, nəticədə vətəndaş müharibələri və dövlət çevrilişlərinə gətirib çıxaran "Ərəb Baharı" ilə müqayisə edirlər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm