Yaxın Şərq
İsrail Qəzzada çoxmərtəbəli binanı vurdu – Ölənlər var
İsrail Qəzza sektorunda qaçqınlar düşərgəsində yerləşən çoxmərtəbəli binaya zərbə endirib.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidmətinin yaydığı rəsmi məlumatda bildirilir.
“Ordu Qəzzanın şimal hissəsində qaçqınların düşərgəsində çoxmərtəbəli binaya zərbə vurdu. Bina rayonun mərkəzində “Həmas”ın təlim düşərgəsi idi”, - sənəddə deyilir.
Məlumata görə, binada yaşayan insanlar ordu tərəfindən hücum haqqında qabaqcadan xəbərdarlıq edilmişdi.
Bildirilir ki, binanın altında döyüş təlimləri üçün istifadə olunan təlim tuneli qazılmış və “Həmas” tərəfindən bütün Qəzza üzrə qazılan yeraltı tunellərin geniş şəbəkəsiylə birləşdirilmişdi.
“İctimai ehtiyaclar üçün nəzərdə tutulmuş bina “Həmas”ın təlim düşərgəsinə çevirilmişdi”, - İsrail ordusunun mətbuat xidməti qeyd edib.
“Anadolu” agentliyinin xəbərinə görə, zərbələr nəticəsində 2 fələstinli uşaq ölüb.
Daha əvvəl yayılna xəbərə görə, döyüşçülər Qəzzadan İsrail ərazisinə ən azı 55 raket və minaatan mərmisi buraxıblar. Hərbçilərin məlumatına görə, onlardan 10-u “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən yaxalanıb. Raket və minaatan atəşləri nəticəsində zərərçəkənlər haqqında məlumat yoxdur.
Ömər
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"