İsrail Suriya ordusuna aid aeroportu bombaladı
Bizi izləyin

Yaxın Şərq

İsrail Suriya ordusuna aid aeroportu bombaladı

İsrailin Hərbi Hava Qüvvələri Suriyanın şimalında Neyrab aeroportu ərazisin Suriya ordusunun mövqelərinə raket zərbələri endirib.

Publika.az xəbər verir ki, bu haqda SANA dövlət agentliyi bildirib.

Agentliyin informasiyasına görə, hücum nəticəsində yalnız maddi itki vurulub, ölən və yaralananlar yoxdur.

Suriya ordusunun komandanlığının nümayəndəsi İsrailin növbəti hücumunu “təcavüzün yeni aktı kimi” qiymətləndirib.

“Bu, Dera və Əl-Kuneytrada Suriya ordusuna məğlub olan terrorçu dəstələrə ümidsiz dəstək cəhdidir”, - o vurğulayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm