Ölkə 3 yerə bölünür, bu ərazilər Türkiyəyə verilir – Ankara-Rusiya razılaşmasının DETALLARI
Bizi izləyin

Yaxın Şərq

Ölkə 3 yerə bölünür, bu ərazilər Türkiyəyə verilir – Ankara-Rusiya razılaşmasının DETALLARI

Türkiyə və Rusiya Bəşər Əsəd rejiminin Hələbdən çəkiləcəyi və nəzarətin Türkiyəyə veriləcəyi bir formatla bağlı müzakirələr aparır.

Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, razılaşma əldə olunarsa, Suriyanın ikinci böyük şəhəri yenidən inşa ediləcək, Türkiyə və Avrapada yaşayan 3 milyondan çox qaçqın evə dönəcək.

Müharibədən əvvəl 5,5 milyon insanın yaşadığı Hələbin 75 faizi boşalıb. Bir zamanlar Yaxın Şərqin ən böyük sənaye mərkəzi olan Hələb Türkiyənin nəzarətinə veriləndən sonra yenidən ayağa qaldırılacaq və qaçqınların geri gönməsi üçün Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusunun nüfuz dairəsinə daxil ediləcək.

Suriyannı Müxalif İnqilabçı Güclər Koalisiyasının üzvü Fuad Alikonun sözlərinə görə, Hama, Hələb və İdlibin Türkiyənin nüfuz dairəsinə verilməsi ilə əlaqədar siyasi və hərbi baxımdan böyük məsafə qət edilib. Hama, Hələb və İdlibdən ibarət “Sünni dəhlizi” xəritəsinin dəqiqləşdiyini söyləyən Fuad Aliko 2018-ci ilin ikinci yarısından etibarən şərqdə ABŞ-PKK, mərkəzi bölgədə Türkiyə-Azad Suriya Ordusu, cənub və qərb bölgələrində isə Rusiya-Bəşər Əsəd nüfuz dairələrinin yaranacağını bildirib.

O bildirib ki, Dəməşqin sənaye obyektləri, şəhər infrastrukturu, elektrik və su xətlərinin tamamilə məhv edildidiyi Hama, Hələb və İdlibi yenidən inşa etmək gücü yoxdur: “Bunu Dəməşq də yaxşı bilir. Bu mövzuda beynəlxalq dəstək almaq şansı da yoxdur. Bu problem ancaq Türkiyə kimi güclü bir ölkənin köməyilə aradan qaldırıla bilər. Rusiya və İran da bunu yaxşı anlayır”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm